Reper Dado: “Rayon yollarında eşşəklərə “radar” bağlayırlar”
Azərbaycan reperləri arasında Dado təxəllüsü ilə tanınan Səid yazdığı yeni treklə Dövlət Yol Polisi əməkdaşlarını kəskin tənqid edib. Lent.az-a danışan reper bildirdi ki, trekdə heç bir təhqiredici ifadələrə rast gəlinmir. “Bütün dünyada, o cümlədən Azərbaycanda da qəbul olunub ki, reperlər hər zaman sözün düzünü söyləyirlər. Səhnədə olduğum bu illər ərzində bacardığım qədər çalışmışam ki, hər bir dinləyicimin ürəyindən xəbər verən həqiqəti onun özünə çatdırım. “QAİ” adlı rep-parçam bəzi sürücülərin yollarda əsassız yerə Yol Polisi tərəfindən cərimələnməsi ilə bağlıdır. Belə bir söz işlədirəm ki, görmədim 1 dəfə remen taxan qaişnik, amma onlar sürücüləri 151.1 maddəsi ilə cərimədən yan ötə bilmirlər. Maraqlı və həm də paradoksal yanaşmadır, deyilmi?”
Söhbət zamanı, reper paytaxtdan kənar, xüsusilə rayon yollarında gizli yerlərdə qoyulmuş sürət ölçən radar aparatlarının gizli yerlərdə qoyulmasından da danışdı. “Azərbaycanın rayonlarına tez-tez avtomobillə səfər edən sürücülər yaxşı bilirlər ki, yollarda sürəti ölçən radar aparatları müxtəlif vasitələrlə gizlədilir. Çox vaxt rayon şoselərində eşşəklərə radar aparatı bağlayırlar. Bəli, bu həqiqətdir. Və ya bu aparatı kolların arasında gizlində yerləşdirilər. Yazdığım trekdə bu məsələyə də toxunmuşam. Ümidvaram ki, yaxın vaxtlarda dediyim bu sözlərdən sonra sürücülər az da olsa lazım olmayan cərimələrdən yaxa qurtara biləcəklər”.
Lalə Yusifqızı

Oxşar yazılar

Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08
Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
2 may 2025 , 19:07
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu QOYULDU
2 may 2025 , 18:11"Kutu ma kutu" nə deməkdir? - Mahnının orijinal variantı - VİDEO
2 may 2025 , 17:15
Ben Affleck və Cennifer Lopez: İndiki sevgililəri kimdir?
2 may 2025 , 11:04