Azərbaycanlı model Milanda moda nümayişində iştirak edəcək
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva fevralın 2-də Milanda nümayişində iştirak edəcək. Bu barədə eksklüziv açıqlamanı model özü Lent.az-a verib: “Bu barədə İstanbulda çalışdığım “Platiyum” moda agentliyinə təklif gəlib. Çalışdığım agentliklərdən biri olan “Platiyum”un Milanla böyük əlaqələri var. Milanda çəkilən “Fashion həftələri”ndə həmişə İstanbuldan manekenlər dəvət olunur. Bu agentlikdə türk modelləri fəaliyyət göstərmir. 22-yə yaxın əcnəbi modellər var, onlardan biri də mənəm”.
Model bildirib ki, ötən il Milanda kataloq çəkimlərində iştirak edib və məşhur italyan modelyer Katalinin diqqətini çəkib: “İtalyanlar daha çox ölkə xaricindəki modellərlə çalışırlar. Bu nümayişə bizdən 6 nəfər model yollanacaq. Onlardan biri də mənəm”.
Azərbaycanlı model orada yaz-yay geyim kolleksiyalarını nümayiş etdirəcəklərini deyib.
Lalə Yusifqızı

Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35