Murad Arif “Eurovision” namizədlərindən niyə imtina edib?
22 yanvar 2010 16:45 (UTC +04:00)

Murad Arif “Eurovision” namizədlərindən niyə imtina edib?

“Mən mahni yazım, başqasının musiqisini göndərsinlər?”

Hitmeyker Murad Arif builki “Eurovision” namizədlərinə mahnı yazmaqdan imtina edib. Meloman və teleaparıcı bu addımının səbəbini Lent.az-a açıqlayıb: “2-3 nəfər artıq mənə müraciət edib, mən isə mahnı yazmaqdan imtina etmişəm, səbəbi isə odur ki, seçiləcək olan namizədə mahnı yazmaq mənim üçün maraqlı deyil. Ümumiyyətlə, mən proqnozla çalışmağı sevmirəm... Mən mahnı yazım, başqasının musiqisini göndərsinlər? Belə istəmirəm. Qoy real namizəd təsdiq olunsun, daha sonra əgər mahnı axtarışı olsa, bəxtimi sınamağa məna görərdim, amma indi yox...”

Murad yazacağı mahnının taleyindən narahat olduğunu ifadə edib: “Kimsə mahnımı “Eurovision” üçün oxusa və sırf öz göstəricilərinə görə finala keçə bilməsə, mahnım zay olacaq, onu onsuz da sonra kimsə oxumayacaq. Namizədlərimiz isə elədirlər ki, seçimdən öncə aktiv təbliğatla məşğul ola bilmirlər. Seçimdən sonra belə qalacaqlarına əminəm. Mən isə mahnımı evdə “yatızdırmaq” üçün deyil, efirdə, gündəmdə səslənməsini istəyirəm”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar