“Aygünlə Röya məxfi görüşürlərsə, halal olsun!”
“Aygünlə, Röya arasında olan qalmaqal məni əzir... Nə Röya heç vaxt Aygünün yerini tuta bilməyəcək, nə də Aygün Röyanın. Bu insanlar tam fərqlidir. Digər əsas fərq isə Aygünün daha stajlı olmasıdır”.
Bu barədə Lent.az-a açıqlamanı xalq artisti Faiq Ağayev Aygün Kazımova və Röya Ayxan münaqişəsinə münasibətində deyib: “Amerika şou-biznesində Britni Spirslə Madonna arasında yaxın dostluq telləri, öpüşüb-görüşərək eyni səhnəni bölüşmələri ürəyimi sevindirir. Eyni halı mən Azərbaycanda Röya ilə Aygün arasında da görmək istəyirəm. Hərəsinin yəqin ki, arqument gətirməyə haqqı var. Aygün mənə staj baxımından, dostluğumuzun, yaxınlığımızın stajı baxımından daha doğmadır. Röya böyük səhnəyə çıxmamışdan əvvəl artıq biz tanış idik. “W trio”-da oxuduğu vaxtlardan səmimiyyəti, özündən yaşca böyüklərə hörməti, sənəti, səsi, şıltaqlığıyla ürəyimi fəth etmişdi. Bilirsiniz, bu məsələdə çox incə bir məqam var. Bir qardaş, iki bacının arasına necə girə bilər? Yenə də təkrarlayıram ki, Aygün-Röya münasibətlərinin yaxşı olmaması çox əzir məni”.
Xalq artisti, əslində iki müğənni arasında möhkəm dostluq olduğunu və bunu reklam üçün etdikləri barədə gəzən söhbətlərə də münasibət bildirib: “Mən Aygünün evinə get-gəl edən insan kimi deyə bilərəm ki, onun evində hələ Röyanı görməmişəm. Bəlkə də tam məxfi görüşürlərsə, onda onlara min dəfə əhsən, halal olsun”.
Lalə Yusifqızı

592