Azəri Günel: “Rza mənim uşaqlıq sevgim idi, səkkiz il ömrü oldu...” - MÜSAHİBƏ
14 yanvar 2010 16:00 (UTC +04:00)

Azəri Günel: “Rza mənim uşaqlıq sevgim idi, səkkiz il ömrü oldu...” - MÜSAHİBƏ

Adı “Rza Zərrab ilə barışdı”, “ayrıldı”, “evlənir” kimi qalmaqallarda hallanan azərbaycanlı müğənni Günel Zeynalova dedi-qodular ətrafındakı səssizliyini pozdu. “Qarabağın maralı” bütün şayiələrə Lent.az-da aydınlıq gətirdi.

- Günel, gəlinlik geyimi axtarırsan... Deyəsən, Rza ilə barışmısınız.

- Üstəlik, Azərbaycan mətbuatı məni ərə də verib! (Gülür).

- Hə, Türkiyə mətbuatına istinadən yazılan bir xəbər idi. Jurnalistlər Rzanı sizin evdən çıxarkən görüntüləmişdi. Od olmayan yerdən tüstü çıxmazmış...

- İndi mən cavab verim. Artıq Türkiyə mətbuatına da bu söhbətlərlə bağlı açıqlama, müsahibə vermişəm. Təxminən bilirəm ki, sənin də sualların son hadisələrlə bağlı olacaq. Bizim aramızda barışmaq söhbəti ola da bilməz. Mən başqaları kimi “qalığa möhtac” deyiləm. Bilirsən, bizim millət qonaqpərvərdi, bəli, qapıma gəlmişdi, el adəti ilə qapımı açdım, dinlədim, sonra da gəldiyi yolu göstərdim.

- Əgər bu qədər söz-söhbətdən sonra qapına gəlibsə, deməli, deyiləcək sözü, barışmaq niyyəti də var.

- Onun nə istədiyi mənim üçün maraqlı deyil. Bu qədər söz-söhbətdən sonra bu mövzunu artıq bağladım, olmayacaq.

- Gəlib qapına dayansa, əlində bir dəmət çiçək...

- Hə, elə bu mahnının da sözlərini o yazmışdı. Həqiqətən də necə yazmışdısa, o təəssüratla da gəlmişdi.

- Necə gəlmişdisə, elə də getdi...

- O, mənim uşaqlıq xatirələrimdə qaldı. Onun varlığı məni maraqlandırmır. Öz işimdə-gücümdəyəm. Həyat gözəldir.

- Torbada pişik var?

- O insan mənim uşaqlıq sevgim idi, səkkiz il ömrü oldu. Əgər qismətimdə uzunömürlü təbii sevgi olacaqsa, niyə də olmasın? Amma bundan sonra daha diqqətli olacağam. 23 yaşım var. Ailəmlə yaşayıram, haqqımda elə böhtanlar yazırlar ki, əlbəttə, məni sarsıdır. Olmayan xəbərlər, yalan məlumatlar heysiyyətimə toxunur. Belə xəbərlərə layiq olan bir insan deyiləm. Bu günə qədər şəxsi həyatımı göz önünə gətirmədim. Axı mən gənc qızam.

- Bildiyim qədər, Rza sizin ailə dostunuzun oğludur. Bu şəkildə düşmənçilik ola bilər?

- Yenə də qapımıza gəlsə, düşmənim belə olsa, Allah müsafiridir. Lakin atamı, anamı görər, mənim üzümü görə bilməz! O gedənə qədər gözünə görünmərəm.

- Bəs Rzanın sənə və sənətinə pul xərclədiyi, hətta bu səbəbdən Ebru Gündeş ilə aralarında söz-söhbət olduğu barədə xəbərlərə nə deyirsən?

- Bax, belə xəbərlər məni çox güldürür. Allaha şükür, başqasının köməyinə ehtiyacım yoxdur. Mən başqaları kimi kimsənin sərvətinə göz dikən deyiləm. Özümə inanıram, öz ehtiyaclarımı da ödəyirəm. Mənim əməyim göz önündədir.

- Hazırda Ebru Gündeşlə Rzanın münasibətləri hansı vəziyyətdədir? Bütün Türkiyə mətbuatı onun sənin qapına gəldiyini yazdı da, görüntülədi də...

- Vallah, belə məsələlər artıq məni maraqlandırmır. Bu, o insanın öz problemidir. Rzanın problemli insan olduğu birlikdə olduğu insandan bəllidir. Türklər demiş, “midesinde problem var”...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1993

Oxşar yazılar

Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46
Dünya gözəli idi -  Dəli oldu,   kökəlib bu hala düşdü

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

11 dekabr 2024 , 18:41
Musa Təranənin  adını eşidib   efirdən getdi

Musa Təranənin adını eşidib efirdən getdi

11 dekabr 2024 , 17:49