Azad Şabanov: “Mənim fikrimcə, qadın...” - MÜSAHİBƏ
“Eurovision-2010”-a namizəd iştirakçı Azad Şabanovun Lent.az-a müsahibəsi
- Azad, qalib olmaq üçün “Eurovision” müsabiqəsi nə tələb edir? Bu keyfiyyətləri özündə görə bilirsiniz?
- Məncə, zəhmətkeşlik. Öz işimə çox ciddi yanaşıram. Seçim turunda ifa olunan mahnı üzərində ciddi çalışıram. Çalışdığım heyətlə birlikdə öz gücümü 2 fevral milli seçim turuna yönəltmişəm.
- Bir məqamı da diqqətə çatdırım ki, artıq çoxları nəticəni gözləmir. Bir qrup insanlar Safura Əlizadənin artıq rəhbərlik tərəfindən gizli səsvermə ilə qalib olduğunu iddia edir. Yarımfinalın şəffaflığına əminsiniz? Yoxsa sadəcə ümid edirsiniz?
- Xalq bir qrupdan ibarət deyil ki... Məncə, xalqın ümumi səsi, bir qrupdan üstündür. İnşallah, finalda hər şeyi görəcəyik.
- Məhz “Eurovision”da iştirak sizin üçün nə dərəcədə vacibdir?
- Ölkəmi böyük miqyaslı müsabiqələrdə təmsil etmək üçün həyati vacibdir. Mənə elə gəlir ki, hər bir iştirakçı, mən və ya başqa yarımfinal namizədi ən yaxşı nəticə əldə etmək üçün əlindən gələni əsirgəməyəcək.
- Sizcə müsabiqədə qadın, yoxsa, kişi iştirakçı daha çox üstünlük gətirə bilər? Peşəkar rəylər çox vaxt qadın iştirakçının qarantiya altında olduğunu təkrar-təkrar vurğulayır.
- Mənim fikrimcə, qadın və ya kişi, fərqi yoxdur. Ən əsası təmsil etməkdir.
- Artıq əksər ölkələrin namizədləri açıqlanıb. Onların arasında tanıdığınız və ya rəqib baxdığınız iştirakçılar var?
- Hələ milli turu keçim, sonra baxarıq (gülür). Amma ciddi danışsaq, başqa ölkələrdə seçilən namizədlərdən xəbərdaram. Hələ ki, kimisə rəqib görmək məncə çox tezdir.
- Məncə hətta gecikmisiniz, siz onları internet vasitəsilə daha yaxşı tanıya, izləyə və üstün və çatışmayan cəhətlərinə indidən bələd ola bilərsiniz. Bu da qalib gəlmək üçün vacib amillərdəndir, məncə... Bir də ki, namizəd iştirakçı sayılırsınız, sizin düşüncənizdə “hələ mən milli turu keçim” kimi cümlələr olmamalıdır... Müsabiqəyə iddialı olmaqda hansı üstün keyfiyyətləriniz var?
- İşimə ciddi yanaşıram, güclü komandam, daimi məşqlərim və sənətimə məhəbbət iddia üçün imkan verir. Ümid edirəm ki, fevral ayında xalqımı mən sevindirəcəm. Lent.az-a təşəkkür edirəm, mənə dəstək olacağınıza əminəm!
Lalə Yusifqızı

1524