Pələng ilində hansı müğənnini nə gözləyir? - ASTROLOJİ PROQNOZ
11 yanvar 2010 19:30 (UTC +04:00)

Pələng ilində hansı müğənnini nə gözləyir? - ASTROLOJİ PROQNOZ

Bu il şou-biznesdə münaqişələrin çoxalma ehtimalı böyükdür

Yanvarın 13-də qədəm qoyacaq Metal ünsürlü sarı Pələng ili bu il insanlara ziddiyyət vəd edir. Bu il xüsusuilə şou-biznesdə münaqişələrin çoxalma ehtimalı böyükdür. Astroloq Səbuhi Rəhimli bu il hansı sənət adamının nə ilə üzləşəcəyi barədə lent.az-a astroloji proqnoz verib.

Sarı Zolaqlı Pələng

Qarşıdan gələn 2010-cu il haqında nikbin danışmaq o qədər də asan deyil. Fevralın ikinci həftəsindən etibarən üstündə gəzdiyimiz planet sanki ağır bir xəstəliyə düçar olacaq. Proseslərin gedişatı isə onu qismən dirçəldə də bilər, reanimasiyaya sala da bilər. Göründüyü kimi, insan faktoru burada başlıca amildir. Çünki insanlar tərəfindən ilahi qaydaların pozulması hər cür fəlakətlərə gətirib çıxarır.
2010-cu ilin təhlükəlilik əmsallarından biri də özünü münasibətlərdə göstərəcək. Gərilmiş əsəblər partlayacaq, kulminasiyaya qalxmış umu-küsülülər açıqlacaq, münaqişəli davranışlar duel həddinə çatacaq. Bu da öz-özlüyündə düşmənçiliyin artmasına işdən qovulmalara, inhisarların artmasına, harınlarla səfillər arasında münaqişələrə səbəb olacaq. Diktatura rejimləri və avtoritar idaretmələr bir az da azğınlaşacaq. Arada qalan isə zavallı toplumlar, yalnız yaşamaq uğrunda çarpışanlar olacaq. Diktatura rejimləri və avtoritar idaretmələr bir az da azğınlaşacaq. Arada qalan isə zavallı toplumlar, yalnız yaşamaq uğrunda çarpışanlar olacaq.
Bu il yalanlar tüğyan edəcək. Verilmiş vədlərin demək olar ki, hamısı boşa çıxacaq. Aşağı təbəqənin müqavimət gücü olmayacaq. Amma təəbəliyi də qəbul etməyəcək.
Pələngin ən təhlükəli təsiri ailə sevgi müstəvisində görünəcək. Sevgi münasibətində səmimi və ülvi duyğular daha çox seksual hislərlə əvəz olunacaq. Bu isə öz-özlüyündə boşanmalara, ələlxüsus da nikaşdankənar gizli münasibətlərə təkan yaradacaq. İlə ərzində şantajlar, şər və böhtan da tüğyan edəcək. 2020-cu ilin 11 iyulunda günəş tutulması da baş verəcək.

2010-un qəhrəmanı yenə də türk olacaq.

İt, at, pələng illərində şir və qoç bürcündə doğulan insanlar üçün bu il uğurlu olacaq. Bu kateqoriyadan olan, amma meymun, siçovul ilindən olub, tərəzi və xərçəng bürcündə olanlar üçün ciddi sınaqlar gözlənilir.

Astroloq sənət adamları barədə də proqnoz verib

İlhamə Quliyeva və Flora Kərimova – Hər ikisi şir bürcüdür. İlin aparıcı bürcü olduğuna görə, onlar üçün il uğursuz olmayacaq.
2008-ci ildən başlayaraq onlara təsir edən qüvvələr özünü göstərib. Proqnoz insanın iradəsindən az asılıdır, bu, öngörmə deyil. İnsanın iradəsi nə qədər güclü olsa belə planetlər insanın xarakterinə və düşdüyü prosesə təsirini göstərə bilməz.
Onların arasında “səmimiyyət” 2009-da start götürdü. Hər ikisi bir studiyada oxudular. Bu, Azərbaycan tamaşaçısı üçün sensasiya idi. Bu il kin-küdurət azalan xətt üzrə gedəcək. Daha bir yaxınlaşma etapı olacaq, bir az da yaxınlaşma hiss olunacaq. Amma tam dostluq mümkün olmayacaq.

Brilliant Dadaşova ilə Faiq Ağayevin barışmaq ehtimalı çox azdır. Ümumiyyətlə, Pələng ilinin xarakteri belədir ki, umu-küsüləri daha da dərinləşdirir. Azərbaycan siyasətində də partiyaların parçalanması bu ildə baş verib.

Aygün Kazımova və Namiq Qaraçuxurlu – onların arasında intriqa səviyyəsinə qədər olmasa belə, aprelin ortalarından başlayaraq soyuqlaşma yaranacaq. Lakin ayrı-ayrılıqda onlar üçün çox uğurlu ildir. Yəni fərdi qaydada, birlikdə yox... Tamaşaçı da, oxucu da bilir ki, onların arasındakı münasibət əvvəlki kimi deyil. Bu proses 2009-dan 2010-a qədər soyuqlaşma şəklində özünü büruzə verəcək. Çünki ikisində də şöhrət var, uğurlu peşə fəaliyyəti gözləyir. Bəlkə də onların iddialarında ziddiyyət olacaq. Bu da istər-istəməz münaqişənin yaranmasında özünü büruzə verəcək.

Faiq Ağayev - son nəticədə məhkəməni qalib kimi nəticələyə bilməyəcək. Flora xanım o məhkəmənin qalibidir. Faiq Ağayevin həyatının qara zolağı payıza qədər davam edəcək.

Nazpəri Dostəliyeva- Nazpəri Dostəliyeva ötən son illərində yüksələn pillə ilə qalxsa da, gündəmdə qalmaqdan daha böyük yenilik gözlənilmir.

Aygün Bəylər - övlad dünyaya gətirdiyi üçün müəyyən müddət sənətdən aralanacaq. Sənətlə az məşğul olacaq. İli uğurlu ildir. Amma onun bu il qeyri-adi layihələri olacaq kimi vədləri varsa, icazə verin bu xəbəri təkzib edim. Qeyri-adi heç nə yoxdu. Efirə çıxıb mahnı oxuya, uzaqbaşı bir neçə klip çəkdirə bilər.

Nisə Qasımova - 2009-cu ilin iyul ayının ikinci yarısından bəri onun həyatında qara zolaqlar müşahidə olunur. Bu, 2010-cu ilin payızına qədər özünü büruzə verəcək. Dəhşətli şeylər olmayacaq, 2011-də bu qara zolaqdan çıxa biləcək.

Manana - onun üçün bu il uğurlu olacaq. Əvvəlki illərlə nisbətən bu il passivlik aktivliklə əvəz olunacaq.

Gülyaz və Gülyanaq bacıları üçün də bu il düşərli olacaq. Bacılar bu il yaradıcılıqda hərəkətli olacaqlar.

Arzum - ilin sonundan başlayan aktivlik bu il də davam edəcək. Onun üçün bu il olduqca uğurlu görünür.

Sevda Ələkbərzadə - onu da bu il uğurlular siyahısına qatmaq olar.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar