İradə İbrahimova ilk duetini oxudu
Müğənni İradə İbrahimova “şipşirin” ləqəbli Elçin Cəfərovla duet oxuyub. Xəbəri lent.az-a İradə İbrahimovanın mətbuat katibi Zəminə Rəhimqızı açıqlayıb: “Bu, sənətçi xanımın özünün qərarlaşdırdığı ilk dueti hesab olunur. Buna qədər isə o, telelayihələr və müsabiqələr çərçivəsində bir neçə dəfə duet mahnılar ifa edib”.
Müğənninin mətbuat əlaqələndiricisi xəbər verib ki, hər iki sənətçi telelayihələrin birində məşhur mahnılardan birini səsləndirib. İfasının uğurlu alındığı qənaətində olan Elçin İradə xanımla yeni bəstələrindən birini bölüşməyi təklif edib. Yenicə lentə yazılan, sözləri Cəlal Qurbanova, musiqisi isə Elçin Cəfərov və Tərlan Məmmədhüseynova aid olan mahnı “Adımı çağır” adlanır.
Lirik notlar üzərində yazılan mahnı tezliklə dinəyicilərə təqdim ediləcək.
Lalə Yusifqızı

1166