Rəqqasə Fatiməyə Türkiyədən təklif gəlib
Rəqqasə Fatiməyə Pələng ili düşərli olub. Yeni ilin başlanğıcında o, türk folkloruna müraciət edib. Bu barədə Lent.az-a məlumat verən rəqqasənin mətbuat katibi Ceyran Nəriman onu da deyib ki, Fatiməyə Türkiyədən maraqlı təklif gəlib: “Tanınmış şirkətlərdən biri Fatimə ilə işbirliyi qurmaq istəyir. O, hələ bu şirkətin adını məxfi saxlayır. Çünki hələ qəti qərar qəbul etmədiyindən bu barədə danışmaq istəmir.
Bircə onu bildirib ki, çox maraqlı təklifdir”.
Fatimə təklifi qəbul etmək üçün çətinlik qarşısında qaldığını deyib: “Qəbul etsəm, gərək buranı tərk edəm. Mən isə hara gedirəmsə gedim, 3 gündən sonra başlayıram darıxmağa. Bir də ailəm - anam, qızım burdadırlar. Onları tərk etmək asan deyil. Siz hələ mənim anamı tanımırsınız, bütün günü zəng edəcək: “işlərin necədir, nə yemisən, nə içmisən, xəstələnməmisən?” - bir sözlə, telefon əlindən düşməyəcək. Qızım da həmçinin... Lakin etiraf edim ki, bu, karyeram üçün çox əlverişli təklifdir”.
Mətbuat katibi bildirib ki, rəqqasə təklifi qəbul etsə, dünyaya çıxışı asan olacaq...
Lalə Yusifqızı

Oxşar yazılar

Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
2 may 2025 , 19:07
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu QOYULDU
2 may 2025 , 18:11"Kutu ma kutu" nə deməkdir? - Mahnının orijinal variantı - VİDEO
2 may 2025 , 17:15
Ben Affleck və Cennifer Lopez: İndiki sevgililəri kimdir?
2 may 2025 , 11:04
Filipp Kirkorovun "İnstagram" hesabı bloklandı
1 may 2025 , 22:41