Azərbaycanın məşhur müğənniləri “müharibə”yə başladılar
30 dekabr 2009 16:15 (UTC +04:00)

Azərbaycanın məşhur müğənniləri “müharibə”yə başladılar

Xalq artisti Nazpəri Dostəliyevanın piratlara qarşı mübarizə aksiyası yanvarın 15-də Bakı Dövlət Sirkində keçiriləcək “Piratlarla mübarizə” başlıqlı konsertlə davam edəcək. Xalq artistinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aksiya “STS” musiqi şirkəti ilə birlikdə həyata keçirilir.

Mübarizə aksiyasına Dostəliyeva ilə birlikdə xalq artistləri Mübariz Tağıyev, Flora Kərimova, Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Ədalət Şükürov, Sevda Ələkbərzadə, eləcə də Elnarə, Röya, Zamiq, Elnur, Natəvan Həbibi, Nura, İradə İbrahimova, Nadir Qafarzadə, “Next” qrupu, Samira, Rəhim Rəhimli, Xəyyam Nisanov, Könül Kərimova, Nüşabə Ələskərova, Baloğlan Əşrəfov və digərləri də qoşulub.

Qeyd edək ki, aksiyada internet portalları da iştirak edir. Lent.az, Trend.life, Show.az, Vesti.az, Kumir.az saytları aksiyanın fəal iştirakçılarıdır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063

Oxşar yazılar