“Gördüyünüz kimi, çox cavan qalmışam”
30 dekabr 2009 12:45 (UTC +04:00)

“Gördüyünüz kimi, çox cavan qalmışam”

Avropada səfərdə olan Bilal Əliyev Yeni ili Bakıda qarşılaya bilməyəcək

Xalq artisti Bilal Əliyev üçün 2009-cu il çox uğurlu olub. Bu il 50 yaşını geridə qoyan müğənni yaşadığı illərə görə təəssüflənmədiyini Lent.az-a deyib: “Heç vaxt yaşımın çox olmasından qorxmamışam. Gördüyünüz kimi, çox cavan qalmışam, çünki hər zaman haqq-ədaləti, düzgünlüyü sevmişəm. Qəlbim təmiz olub, heç kimə pislik və paxıllıq etməmişəm. Qəlbiqara insanları başa düşə bilmirəm. Yalnız onu deyə bilərəm ki, belə insanlar tez coşur və əsəbləşir. Şou-biznesdə olan hər kəsə əsəbləşməməyi məsləhət görürəm”.

Müğənni ad günündə ilk hədiyyəsini həyad yoldaşından alıb: “Bu yaşa kimi çox əziyyətlər çəkmişəm. Hər bir uğuru öz zəhmətim hesabına qazanmışam. Bu həyatda ona görə yaşayıram ki, sənət aləmində yaxşı izlər qoyum. Yeri gəlmişkən, ad günümdə həmişə ilk hədiyyəni həyat yoldaşımdan alıram”.

Bilal Əliyev üçün digər sevindirici və önəmli hadisə isə bu il iyul ayının 2-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adina layiq görülməsi olub. Müğənni “Xalq artisti” adına Azərbaycan musiqisinin inkişafindakı xidmətlərinə görə layiq görülüb: “Dövlət başçısı İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Mənə göstərilən etimadı ömürboyu doğruldacağam. Bu fəxri ad mənim üçün çox şərəflidir”.

Hazırda Avropada səfərdə olan müğənni sənəti ilə bağlı Yeni ili Bakıda qarşılaya bilməyəcək: “Qarşıdan gələn Yeni il bayramı münasibətilə ilə Azərbaycan xalqını təbrik edirəm. Ən gözəl günləri və xoş anları məhz Azərbaycan xalqına arzulayıram”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar