Teleaparıcı Murad Arif  “Lider”dən gedib
23 avqust 2010 13:22 (UTC +04:00)

Teleaparıcı Murad Arif “Lider”dən gedib

Lent.az-a daxil olan məlumata görə, teleaparıcı yeni mövsümdə ATV telekanalı ilə əməkdaşlığa başlayıb.

Murad Arif məlumatı Lent.az-a təsdiqləyib: “Bəli, işdən öz xahişim və ərizəm ilə çıxmışam. Telekanalla aramda heç bir konflikt yaşanmayıb, bunu kanalın işçiləri də təsdiq edə bilərlər. Ümumiyyətlə, bu günə qədər çalışdığım heç bir kanalda problem yaşamamışam. Töhmət almamışam, işdən qovulmamışam. Cəza kəsməyiblər. Sadəcə, fərqli planlar var idi, fərqli təkliflər var idi, onlardan birini dəyərləndirdim. Bu layihələrdən biri Azad Azərbaycan telekanalında reallaşacaq. Bu layihə mənim qrafikimə daha çox uyğun gəldi”.

Murad “Lider”i tərk etməsinin əsl səbəbini də açıqlayıb: “Sentyabrda həm də bir idarədə, başqa bir vəzifədə olacam, əsl səbəbi budur. “Lider”in rəhbərliyinə, əməkdaşlarına hörmətim var, hələ də bir çox proqramlara dəvətliyəm. Bu, normal bir şeydir”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar