Aygün Kazımova: “Güllələyim, yoxsa bloka girəndə bıçaqlayıb öldürüm?” - MÜSAHİBƏ
Son aylar teleməkanda az-az görünən xalq artisti Aygün Kazımova müğənni Samir Bağırovla birlikdə səssizliyi pozdu. O, sənət dostu ilə birlikdə həm yaradıcılıqlarının 22 illiyini, həm də Samirin sənətə qayıdışını və ad gününü qeyd etdi. Müğənni canlı yayımda Samir Bağırovun qonaq olduğu proqramda bir növ ev sahibliyini göstərdi. Xalq artisti Aygün Kazımova proqramdan sonra Lent.az-a qısa müsahibə verib:
- Çox maraqlıdır ki, sükutu məhz Samir Bağırovla pozdunuz. Son günlərin ən çox diqqət mərkəzində olan müğənnisi ilə...
- Mən sükutu ən çox sevdiyim insanlar üçün poza bilərəm. Hətta efirdə görünməməli olduğum vaxtlarda belə yaxınlarım üçün bu qaydaları poza bilərəm. Son vaxtlarda bu qadağanı Dilarənin “Çal-Çağır” proqramında pozdum. İndi də Samirin ad günü üçün növbəti addımı atdım. Əslində mən efirdə görünməməliydim. Vaxtıma var.
Qaldı Samirə, dünya ulduzlarının da yaradıcılığına nəzər salsanız, bu hadisələr nəinki olur, hətta mütləq lazımdır. Sadəcə, kimlərsə bu fasilələri saxlaya bilir. Bəziləri isə dözmür. Fasilələr gözəldir. Dönəndən sonra yeni layihələrlə tamaşaçı qarşısına çıxanda yeniləşmiş, daha da inkişaf etmiş olursan.
Samirin də qayıdışı mənə elə gəlir ki, o qayıdışlardan olacaq. Mən heç vaxt Puqaçovanın və Madonnanın qayıdışını unutmuram. Onlar mənim kumirlərimdir. Madonna beş il çalışmadı, sonra solo konsertlə çıxdı. Puqaçova da ailə qurduqdan sonra şəxsi həyatı ilə bağlı fasilə verdi. Qayıdışı möhtəşəm oldu. Mənim aləmimdə üçüncü möhtəşəm qayıdış da Samirin olacaq.
- Qayıdışı birlikdə qeyd etmək Samirin təklifi idi, yoxsa sizin?
- Bu qarşılıqlı oldu. Samirin ad günü idi və o bu cür qayıtmaq istədi deyə, etiraz etmədim. Həmişə olduğu kimi.
- Özünüzün mövsümə qayıdışınız necə olacaq?
- Layihələr olacaq. Lakin hələlik bu barədə heç nə deyə bilmərəm.
- Amma qayıtmazdan öncə bir yox, bir neçə dəfə səssizliyi pozdunuz. Sizinlə bağlı bir neçə gündəm xəbərləri ortaya çıxdı.
- Nəyi nəzərdə tutursunuz? Yox, bu o qədər də böyük hadisə deyildi axı... Sənət dostum konsertimə gəlmişdi.
- Nabranda içkili olmağınız və qaydaları pozub cərimələnməyiniz... Xəbərlə bağlı açıqlamanızı bilmək istərdim.
- Ay Allah! Mən neyniyim, məhkəməyə verim? Güllələyim, yoxsa bloka girəndə bıçaqlayıb öldürüm? Elə bir şey olmayıb axı! Nabrana gedəndə maşını mən sürməmişəm. Rəfiqəm Sevda xanım maşını idarə edib. Gedəndə də qayıdanda da...
- Başqa bir maraqlı xəbər isə Röya ilə barışıqdan sonra işbirliyinə başlayacağınızdır. Həqiqətdirmi?
- Yeni layihə var. Açığı, bu işbirliyini sensasion görmürəm. Birlikdə işbirliyinə girəcəyimiz normaldır. Niyə də olmasın? Barışıq çoxdan olub. İndi barışmamışıq. Birlikdə nə edəcəyimizlə bağlı hələlik heç nə açıqlamaq istəmirəm. Sadəcə, deyə bilərəm ki, bəli, ola bilər, niyə də olmasın?!
Lalə Yusifqızı

3259