
Latviyalı müğənni Bakıda “Sarı gəlin” oxudu – FOTO
Latviyanın “Eurovision-2012” təmsilçisi Anmari Heydər Əliyev Sarayında “Sarı Gəlin” adlı konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, müğənni konsert proqramında “Sarı gəlin”, “Gəl ey səhər”, “Sən gəlməz oldun” və Azərbaycan dilində daha bir neçə mahnı ifa edib. Konsertdə məşhur bəstəkar Raymond Paulsun mahnılarını, dünya hitlərini və özünün bəstələdiyi mahnıları da ifa edən Anmari bir neçə dəfə Bakı tamaşaçılarına Azərbaycan dilində təşəkkür edib. “Mən sizi çox sevirəm”, “Çox sağ olun” deyən Anmari qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Ölkəmizə dördüncü dəfə səfər edən Anmari Azərbaycana heyran olduğunu deyib.
Müğənnini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edib.
Jalə
Müğənnini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edib.
Jalə
Oxşar yazılar

Donald Trampla düşmən olan Teylor Svift evlənir
27 avqust 2025 , 18:05
Britni Spirsdən son evliliyi ilə bağlı təəccüblü ETİRAFLAR
27 avqust 2025 , 15:42
Hande Erçel sevgilisindən ayrılıb? - İDDİA
27 avqust 2025 , 12:02
Varlı ailələrdən çıxan MƏŞHURLAR
27 avqust 2025 , 10:50
Nəsrin Cavadzadə yeni sevgilisi ilə
26 avqust 2025 , 10:15
Sevgi yolunda qurban qadınlar - Alen Delonun 3 məhəbbəti
26 avqust 2025 , 09:24
Rəqsanənin ərinə də cinayət işi açıldı, ölkədən çıxışına STOP QOYULDU
25 avqust 2025 , 16:46