“Allah Röyanın bəlasını versin”
21 noyabr 2012 01:11 (UTC +04:00)

“Allah Röyanın bəlasını versin”

“Çox şey danışmıram. Amma mən bu işin içində olmuşam”. Lent.az-ın məlumatına görə, bunu özünün “Facebook” profilində prodüser Tarix Əliyev Röyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirərkən yazıb: “Bu xəbəri kim yazıb bilmirəm. Amma demək istəyirəm ki, bu xəbərlərin 70 faizi doğrudur.

Mən danışmaq istəmirəm. Ancaq mən bu işin içində olmuşam. Elə bu Əqid adlı şəxsin ucbatından mənim atam ürəyindən əməliyyat olundu. Ona görə də Allah Röyanın bəlasını versin. İnşallah bir gün danışacağam bu haqda. Amma hələlik susuram. Qurban olun atama!”

Məlumat üçün bildirək ki, bu gün bir sıra mətbuat orqanlarında müğənni Röya və Elton arasında ciddi problem yaranması barədə məlumat yayılıb. Məlumata görə, bu müğənnilər arasında baş verən mübahisəyə polis müdaxilə edib. Nəticədə Röya hüquq-mühafizə orqanları tərəfindən gözəllik salonundan polis bölməsinə aparılıb.

Röyanın prodüseri Kənan Bayramov isə Lent.az-a açıqlamasında xəbəri birmənalı olaraq təkzib edib: “Röya ilə Elton arasında ciddi narazılıq var idi. Bunu heç kim danmır. Ancaq belə bir məlumat yalandır. Tolik də çox səhv danışır. Kim istəyir, zəng edib tərəflərdən bu haqda soruşa bilər. Röya ilə Elton arasında olan problemi özləri həll ediblər.

Tolikin atasının bu məsələyə nə aidiyyatı olduğunu isə ümumiyyətlə, anlamadım”.
Kənan onu da bildirib ki, Röya hazırda İstanbuldadır.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6042

Oxşar yazılar