Elçin Cəfərov: “Mənim üçün vacib deyil” –
Müğənni Elçin Cəfərov sayca ikinci albomunun təqdimat mərasimini keçirib. Lent.az-n məlumatına görə, “Bakı Caz Mərkəzi”ndə baş tutan tədbir təyin olunan vaxtdan təxminən 1 saat gec başlayıb.
Tədbirdə müğənninin 11 mahnısının yer aldığı “Yadına sal” albomu və eyni adlı klipi təqdim olunub. Sözləri Azər Şirinə, musiqi isə Tərlan Məmmədhüseynov və Elçin Cəfərova aid olan “Yadına sal” klipi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Müğənnini təbrik etmək üçün təqdimata xalq artisti Faiq Ağayev, əməkdar artist İlqar Muradov, müğənnilər Emil Bədəlov, Günay İbrahimli, Yaşar Yusub, Natavan Həbibi, Yaşar Cəlilov, Zamiq Hüseynov, şoumen Murad Dadaşov, aparıcılar Günay Firudinqızı, İlkin Həsəni və başqa şou nümayəndələri təşrif buyurub.
Elçin Cəfərov öz təəssüratlarını da bölüşüb: “Mənə elə gəlir ki, daha çox işləmək, daha çox oxumaq, zövqləri oxşamaq lazımdır. Dostlarıma da məni bugünkü günümdə tək qoymadıqları üçün çox sağ ol deyirəm. Düzdür, bu gün tədbirimə gəlməyənlər də var. Ancaq bu, mənim üçün o qədər də vacib deyil”.
Tədbir müğənnin albomda yer alan mahnılarını ifa etməsi ilə davam edib.
Yalçın Süleymanov

Oxşar yazılar

İbrahim Tatlısesin qızı ərindən boşanır? - İDDİA
21 avqust 2025 , 18:35
Rəqsanənin işi üzrə zərərçəkənlərin kimliyi məlum oldu - YENİLƏNİB
21 avqust 2025 , 16:26
Tom Kruz 63 yaşında ata olmaq istəyir - 600 milyon dollarlıq sərvət
21 avqust 2025 , 11:22
Rusiyada Hüseyn Həsənovun şirkəti ləğv edildi
21 avqust 2025 , 03:53
Eda Taşpınar sevgilisi ilə DODAQ-DODAĞA
20 avqust 2025 , 14:47
“Eurovision 2026” bu ölkədə keçiriləcək
20 avqust 2025 , 10:48
80 yaşından sonra eşq axtarır… “Elvis Presleyin dul arvadı”
20 avqust 2025 , 10:37