Solistlərimiz beynəlxalq festivala gedirlər
Noyabrın 15-dən 18-nə kimi Qırğızıstanda Beynəlxalq opera və balet sənəti festivalı keçiriləcək. Opera və Balet Teatrının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, festival Qırğızıstan Opera və Balet Teatrının yaranmasının 70 illiyinə həsr olunub.
Tədbirdə Rusiya, Qazaxıstan və Azərbaycandan olan qabaqcıl teatrların solistləri iştirak edəcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi festivalda iştirak etmək üçün teatrın balet truppasının aparıcı solistləri – Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı Gülağası Mirzəyev və truppanın gənc, istedadlı solisti Nigar İbrahimovanın namizədliyini irəli sürüb. Noyabrın 18-də Bişkekdə keçiriləcək Qala-konsertdə azərbaycanlı balet ustaları A.Adanın “Jizel” və N.Rimski-Korsakiovun “Şəhrizad” baletlərindən parçalar ifa edəcəklər. Festivalın əsas təşkilatçıları və sponsorlarından biri TÜRKSOY Beynəlxalq təşkilatıdır.
Jalə

Oxşar yazılar

Azərbaycanda bu müğənni də tələbə oldu
23 avqust 2025 , 16:59
Ebru Gündeşin əri SAXLANILDI
22 avqust 2025 , 18:02
Müğənnilər sosial media reketçiliyində: baş rolda Röya!
22 avqust 2025 , 16:23
Zara verdiyi kilolarla tamam fərqli insan oldu
22 avqust 2025 , 10:22
İbrahim Tatlısesin qızı ərindən boşanır? - İDDİA
21 avqust 2025 , 18:35
Rəqsanənin işi üzrə zərərçəkənlərin kimliyi məlum oldu - YENİLƏNİB
21 avqust 2025 , 16:26
Tom Kruz 63 yaşında ata olmaq istəyir - 600 milyon dollarlıq sərvət
21 avqust 2025 , 11:22