Xalq artisti Gülyaz Məmmədova karantin günlərində pedaqoq fəaliyyətini davam etdirdiyini bildirib.
Lent.az-ın məlumatına görə, müğənni “Hüseynova bacıları” verilişində bildirib ki, artıq İnternet üzərindən dərslər keçir:
“Karantin rejimi olduğuna görə artıq 20 günə yaxındır tələbələrimə onlayn dərs keçirəm. Bir qrupda 32, digərində 7, o birində isə 15 nəfər var. Dərslərimin yarısı görüntülü, yarısı görüntüsüz olur. Daha görüntülü dərsdən yoruldum. Ona görə dəsgahları atıram, onlar ifa edib videolarını mənə atırlar”.