İndiki evliliklərin "evlənmək, doğmaq və boşanmaq" üzərində qurulduğunu deyən müğənni Sərdar Ortaç, "birlikdə ölmək istəyirsənsə, evlən” deyib.
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, tanınmış müğənni Sərdar Ortaç, ötən axşam Bebek Chalianda səhnəyə çıxıb. Sevgilisini dinləməyə gələn Seçil Gür, "Qadın evlənməyi təklif edərmi" sualına "Düşünürəm ki, bacarar" cavabını verib.
Müdaxilə edən Ortaç, "Sonra işin sehri getdi. Qadın təklif etmir. Mövcud nikahlar evlənməyə, doğuşa və boşanmaya əsaslanır. "Birlikdə öləcəksən" deyb.
Müğənni, 5 il evli olduğu və keçən il boşandığı Kloe Loughnanın tezliklə İstanbula gələrək evindəki əşyalarını yığacağını və bunun sevgilisi Gür üçün problem yaratmadığını bildirib. Pandemiyadan sonra ilk konsertini verən və təxminən iki saat səhnədə qalan Ortaç, pərəstişkarlarını koronavirusunun yayılması barədə xəbərdar etməyi də unutmayıb.
İrlandiyalı model Kloe Loughnanın Kaan Kalyonla eşq yaşadığı məlum olandan sonra müğənni Sərdar Ortaç həmkarı Seçil Gürə aşiq olub. Sərdar Ortaç Gür ilə münasibətlərinə görə, "Gözəl bir şey yaşayırıq. Seçil çox bilikli bir qadındır. Ondan çox şey öyrənirəm. Eyni dildə danışmaq çox dəyərli idi", - deyib.
50 yaşlı popçu Sərdar Ortaç keçən ilin martında ayrıldığı müğənni sevgilisi Seçil Gür ilə barışıb. Jurnalistlərin barışıq barədə suallarına, Ortaç belə cavab verib: "Mən böyük bir səhv etdim. Gözəl münasibətlərimiz var idi”.
Seçil Gürün eyni suala "Mən insanı bağışlayıram" cavabını verməsi diqqət çəkib.