Xalq artisti Məleykə Əsədova son günlər haqqında yazılan dedi-qodulara münasibət bildirib.
Lent.az-ın məlumatına görə, aktrisa sosial şəbəkədə status yazaraq, bu sözləri qeyd edib:
"Zərifliyini nəzərə almadan ürəyim ağır yüklər daşıdı. Böhtanlara dözdü, üzdə gülüş, qəlbdə göz yaşları axıtdı. Məni bağışla ürəyim... Saflığı, təmizliyin, gözəlliyin təkcə mənə lazımdır. Çox vəfasızam sənə qarşı, səni çox incitdim. Nə qədər dözəcəksən mənlə bilmirəm. Böyük çırpıntılarla döyünən, arzularla yaşayan zəhmətkeş ürəyim, bağışla".