Əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayeva şəxsi həyatından danışıb.
Lent.az-ın məlumatına görə, musiqiçi "Ona qalsa" verilişində bildirib ki, həyatında bir bəy yoxdur:
"Kişilər də müxtəlif olur. Bəzisi var ki, Allah onu bayır üçün yaradıb. Gedir xərcləyir, əli açıqdır. Amma evdə arvad pul istəyəndə canına azar olur. Eləsi var ki, evdə də xərcləyir, çöldə də... Adamın pulu olmayanda, beli bükülür. Mənim kişim yoxdur, dünyanın xoşbəxtiyəm. Canım rahatdır".