
"Ponçik"in hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Nenemin Metbexi” adı ilə məşhur olan səhifəyə istinadla "ponçik"in necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
2 yumurta, 1 stəkan qatıq, 1 stəkan şəkər tozu, 0,5 çay qaşığı soda, vanil, 3.5 stəkan un, bitki yağı, şəkər kirşanı
Hazırlanması:
Qaba yumurta və şəkər tozunu əlavə edirik. Digər qabda isə qatıqla sodanı qarışdırıb, sodanı söndürüb tökürük yumurtanın içinə və çalırıq. Duzu və vanili əlavə edib qarışdırdıq. Unu əlavə edib xəmir yoğururuq. Xəmiri 10-15 dəqiqə kənarda saxlayıb kündə halına salırıq. Sonra yayıb stəkanla kəsirik. Xəmiri "ponçik" kimi düzəltmək üçün orta hissəsini kəsib çıxarırıq. Daha sonra tavaya yağ əlavə edib ocağa qoyuruq. Yağ ocaqda qızdıqdan sonra "ponçiklər"i əlavə edib hər üzünü bişiririk. "Ponçiklər" bişdikdən sonra üzərinə şəkər kirşanı töküb servis edirik.
Nuş olsun!
Oxşar yazılar

Balqabaq çiçəyi dolması: Bu yeməyi hazırlamaq üçün...
3 dekabr 2020 , 18:56
Evdə pişik saxlamağın insan sağlamlığına FAYDALARI
3 dekabr 2020 , 11:41
Kəklikotunun faydaları - Bu adamlar istifadə etməsin
2 dekabr 2020 , 19:54
Kefir immunitet sisteminə necə təsir edir? - Uşaqlar və yaşlılar...
2 dekabr 2020 , 17:05
"Maska taxarkən “nəfəsim çatmır, ürəyim sıxılır" deyənlərin DİQQƏTİNƏ
2 dekabr 2020 , 16:43
Çox nadir hazırlanan “Zərdə” şirniyyatı: Onun sevilmə səbəbi...
2 dekabr 2020 , 12:22
Türkiyədə qeyri-adi kənd: Kameralar nəyi çəkdi?
2 dekabr 2020 , 12:04