Hadisəni bir gecədə məşhur edən boyunbağı - FOTO
Türkiyənin məşhur müğənnisi Hadisə özünə ad günü keçirib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 34 yaşını qeyd edib.
Müğənninin doğum gününə yaxın dostları qatılıb.
Hadisə ad günündə lentə alınmış fotoları “instagram” səhifəsində izləyiciləri ilə bölüşüb.
Müğənni ad günündə taxdığı boyunbağı ilə jurnalistlərin diqqətini çəkməyi bacarıb.
O, boyunbağısı ilə bağlı verilən sualları belə cavablandırıb:
“Hər şeydən xəbər çıxartmayın. Sevgilimdən deyil. Bugünkü proqram üçün istifadə etdim. Hər halda sevgilimdən də olsa, bunu sizə demərəm ”.
1777