Mükəmməl qaşların SİRRİ
Təbii, lakin formalı qaşlar son illərin trendidir.
Lent.az xarici KİV-ə istinadən mükəmməl qaşlara sahib olmağın bəzi sirlərini açıqlayır.
Qaşlarınız nazikdirsə və istədiyiniz formada deyilsə, bu üsulla qaşlarınızı istədiyiniz formaya gətirməyə çalışın.
Zeytun yağı ilə masaj:
Qaşlarınızı qalınlaşdırmaq istəyirsinizsə, yatmazdan əvvəl qaşlarınızı badam və zeytun yağı ilə masaj edə bilərsiniz. Bu masajı hər gün 3-5 dəqiqə qaşlarınız tətbiq etməklə daha qalın və istədiyiniz qaşlara sahib olmaq üçün kömək edəcəkdir.
1. Üzünüz yuvarlaqdırsa, qövslü qaş modelinə üstünlük verin.
2. Kvadrat üz formasına sahibsinizsə, qıvrım və qalın qaşlar üzünüzə daha çox yaraşacaq. Bu üz formasına nazik qaşlar uyğun deyil.
3. Üzünüz ürək şəklindədirsə, gözünüzə yaxın, bucaq formasında olmayan qaş formasına üstünlük verin. Qövs formasında qaşlar bu tip üzlərə uyğun deyil.
4. Oval üz formasına sahib xanımlar isə yuxarı və düz qaş forması seçə bilərlər.
1926