Yeni il gecəsində qüsursuz görünmək üçün yəqin ki, hazırlıqlara başlamısınız. Bu gecə də gözəl görünmək və doyunca əylənmək üçün bəzi məsləhətlər edəcəyik. Bunun üçün Lent.az Türkiyə mətbuatına istinadən yeni il gecəsində tez başa gələn saç düzümlərini təqdim edir:
Dalğalı saçlar
Təbii dalğalı saçlar hər zaman dəbdədir. Bu cür saçı əldə etmək həm də çox asandır. Saç feni ilə saçlarınıza dalğa verə bilərsiniz.
At quyruğu
At quyruğu saç modellərinin kifayət qədər formaları var. Bu saç modeli ən tez əldə edilən və qadına eleqant görünüş bəxş edən bir saç düzümdür.
Toppuz saç modeli
Çox tez toplanan və rahat görüntü yaradan toppuz saç modelləri yeni il gecəsinin ən ideal saç düzümü sayılır. Bu cür saç düzümü həm romantik geyimlərlə həm də, sport geyimlə uyğun gəlir.