Xroniki yorğunluğun SƏBƏBLƏRİ
06 iyul 2020 18:44 (UTC +04:00)

Xroniki yorğunluğun SƏBƏBLƏRİ

Bir qisim insanlar daimi olaraq yorğunluqdan əziyyət çəkirlər. Bəzən çoxsaylı müayinələrdən keçsələr, uzun zaman müalicə olunsalar da, bu hal aradan qalxmır. Bu, xroniki yorğunluq və ya xroniki yorğunluq sindromu olaraq qəbul olunur. Xroniki yorğunluq sindromu nədir?

Bununla bağlı psixiatr, uzman həkim Azər Bağırovun e-tibb.az üçün hazırladığı məqaləni təqdim edirik:

Əgər xəstə 6 aydan artıq müddət ərzində daimi yorğunluqdan şikayətlənirsə və bu yorğunluğun səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu hal “Xroniki yorğunluq sindromu” adlanır.

Xəstəliyin digər adı - Gərginliyə qarşı dözülməzlik sindromudur. (Systemic Exertion Intolerance Disease-SEID)

Xəstəliyin klinik gedişində həm əzələ, həm də sinir sistemi komponentləri yer alır.
Xronik yorğunluq sindromunun etiologiyası tam aşkarlanmayıb. Bəzi alimlər bunu virus infeksiyası (EBV, HHVİ 6, Koksaki virus B, Human T-cell Leukemia) ilə əlaqələndirsələr də, müasir elmi tədqiqatlar xəstəliyin virus mənşəli olduğunu inkar edir.
Müasir dövrdə Xroniki yorğunluq sindromu real diaqnoz kimi qəbul edilir, ən çox orta yaşlı qadınlarda rast gəlinir və effektiv iş qabiliyyətinin azalmasının ən sıx səbəbidir.

Xəstəliyin səbəbləri hansılardır?

Qeyd etdiyimiz kimi xəstəliyin səbəbləri tam məlum deyil, lakin psixoloji stress, hipotoniya (aşağı qan təzyiqi), zəifləmiş immun sistemi, hormonal disbalans və xəstəliyə genetik meyllilik həlledici rol oynaya bilər.
Bəzi hallarda xəstəlik, keçirilmiş virus infeksiyasından sonra başlayır, bu da immun sisteminin zəifləməsi ilə əlaqədardır. Stress və allergiya halları xəstəlik riskini artıra bilər.

Simptomları necə olur?

Xəstəliyin simptomları özünü müxtəlif variantlarda büruzə verir. Xəstələr əsasən daimi yorğunluqdan şikayətlənir. Bəzi hallarda bu şikayətlər tənəffüs yolları infeksiyası, ishal-qəbizlik, qastroenteroloji pozğunluqlar (dispeptik şikayətlər- həzimsizlik, gəyirmə, köp hissi, ) və s. sonra yarana bilər. Çox vaxt bu şikayətlər stress yaşantısı və ya gərginlik sonrasında yaranır. Bir çox hallarda bu xəstələrdə depressiya əlamətləri olur, bu da onların normal iş fəaliyyəti və gündəlik fiziki aktivliyinin azalması ilə özünü göstərir. Əvvəlki motivasiya və həvəsin olmamamsı, tez yorulma, günə başlamaqda istəksizlik, sürəkli uzanmaq istəmək bu insanların tez tez dilə gətirdiyi şikayətlərdəndir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8287
avatar

Oxşar yazılar