Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “NILUFAR`s Kitchen” adı ilə məşhur olan səhifəyə istinadla şüşə konfet hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
4 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı su, 2 çay qaşığı limon suyu, 3-4 damcı qida boyası.
Hazırlanması:
Şəkər tozunu, suyu və limon suyunu qazana əlavə edib ocağa qoyuruq. Şəkər əriyib qaynayana qədər dayanmadan qarışdırırıq. 4-5 dəqiqə qaynadıqdan sonra boyanı əlavə edirik. Bir az qaynadıqdan sonra yoxlayırıq, konfet hazırdırsa, ocaqdan götürürüb bir üzünü şəkər tozuna vururuq. Sonra konfeti qaba yığıb servis edirik.
Nuş olsun!