Makiyaj edərkən diqqət edəcəyiniz 3 vacib məqam
08 iyun 2020 12:01 (UTC +04:00)

Makiyaj edərkən diqqət edəcəyiniz 3 vacib məqam

Gözəl görünmək hər şeydən öncə insanın özünü yaxşı hiss etməsi üçün vacibdir. Makiyaj bir insanın həyatını yalnız estetik deyil, həm də psixoloji cəhətdən formalaşdıran bir amildir. Makiyaj hər yaşda fərqli tərifə sahib olan gözəllik anlayışının ən vacib hissəsidir. İndiki vaxtda makiyajdan danışanda nəinki makiyaj materialları, həm də daimi makiyaj tətbiqləri, peşəkar makiyaj, tibbi “kamuflyaj”, qoyulma dırnaqlar ağıla gəlir. Peşəkar  makiyaj üzü boyamaq anlamına gəlmir. Peşəkar makiyajın məqsədi qüsurları boya ilə örtmək deyil; üzün konturlarını təmiz, parlaq və hamar bir dəridə aşkar etməkdir.

Lent.az bu yazıda sizlərə mütəxəssislərə istinadən makiyaj edərkən nələrə diqqət etməli olduğunuzu diqqətə çatdıracaq.

Dərinin növü əvvəlcə təyin olunmalı və istifadə ediləcək məhsullar müvafiq olaraq seçilməlidir. Dərinin quru, yağlı və ya qarışıq bir quruluşa sahib olub-olmaması, damarların səthə yaxınlığı və ya dərinin allergik olub-olmamasına diqqət etmək lazımdır.

Üz forması nəzərə alınmalıdır. Makiyaj başlamazdan əvvəl üzün anatomiyası müəyyənləşdirilməli və hansı xətlərin işıqlandırılacağına qərar verilməlidir.

İnsanın üz ifadəsini verən mimikalar heç vaxt diqqətdən kənarda qalmamalıdır.

Unutmamalıyıq ki, peşəkar makiyaj qüsurları örtüklər və boyalarla örtmür, əksinə üzün ən gözəl hissələrini ən kiçik toxunuşlarla vurğulayır.

Makiyaj edəcək şəxs ən az rəng və işıq haqqında əsas biliklərə sahib olmalıdır. Hansı rənglərin birlikdə istifadə oluna biləcəyi və bunun hansı işıq-kölgə əksini yaratacağı bilinməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4444
avatar

Könül Fəxrəddinqızı

Oxşar yazılar