Qrafen əsasında hazırlanmış parça istidə soyudur və soyuqda isidir. Geyim bunu özü və ya istifadəçinin komandası ilə tənzimləyə bilər.
Lent.az "ICTnews"a istinadən xəbər verir ki, Mançester Universitetinin alimləri tərəfindən hazırlanmış yeni tip "ağıllı" parçanı adaptiv geyimə tətbiq etmək olar: "O, isti havada sərinliyi saxlayır və yaxud əksinə. Bu, qrafendən istifadə sayəsində mümkün olur".
Tədqiqatlara rəhbərlik etmiş professor Koskun Kokabas izah edib ki, istilik şüasına nəzarət etmək qabiliyyəti bir çox sahə üçün əsasdır:
"Ətraf mühitin istiləşməsi və ya soyuması vəziyyətində hər iki funksiyanın qorunub saxlanılması – bu çətin tapşırıqdır".