Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə Elmira Qadirova adı ilə tanınan səhifəyə istinadla toyuq sousunun necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi
Toyuq -1 ədəd
Soğan -3 dənə
Bolqar bibəri 3 dənə
Pomidor -3 dənə orta
Duz
İstiot
Sarıkök
Kərə yağı
Hazırlanması
Toyuğu doğrayıb duzlu suda saxlayırıq. Onda ət daha dadlı olur – 1 saat. Əti süzgəcdə saxlayın, xırda doğranmış soğanı kərə yağda qızardın. Sonra bura xırda doğranmış bolqar bibəri əlavə edin. Bir az qızardıqdan sonra təmizlənmiş və doğranmış pomidor əlavə edin. Yağa düşəndə əti qazanın dibinə düzün və qazı azaldın. Sonra çoxaldın ət özünü tutsun. Daha sonra zövqə görə duz ,istiot və sarıkök vurub, qarışdırın. Qazanın qapağını bağlayın və - 40 dəqiqə orta odda bişirin.
İstəsəniz sonda kartof da əlavə edə bilərsiniz. Sousu çox yağa düşmədən götürün. Bu sousu qeüçka, makaron, düyü ilə birlikdə də servis edə bilərsiniz.
Nuş olsun!