Bel ağrıları üçün 5 idman hərəkəti
01 mart 2020 16:04 (UTC +04:00)

Bel ağrıları üçün 5 idman hərəkəti

Bel ağrısı və bel fəqərəarası yırtığının müalicəsi haqqında danışanda müalicəvi idman barədə də bəhs etmək vacibdir. Onurğamızın sağlamlığı əzələ və vətərlərin keyfiyyətindən asılıdır.
 
e-tibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının həkimi, həkim-fizioterapevt Səidə Kərimova açıqlayıb.
 
Həkim bildirib ki, elastik bağlar  və güclü əzələlər onurğanın yüklənməyə dözümlülüyünü  və stabilliyini təmin edir: "Eyni zamanda bir qədər əvvəl qeyd etdiyimiz kimi, onurğa strukturlarının qidalanması hərəkət zamanı intensivləşir. Normal qidalanma da hər bir orqanın fəaliyyəti üçün şərtdir.

Pasiyentlərimiz tez-tez hansı hərəkətlərin bel üçün faydalı olduğunu soruşurlar. Bel fəqərəarasi yırtığınız varsa, öncə qeyd etmək istəyirəm - yoqa, pilates və digər standart “fitness” proqramlarında məsləhətli olmayan hərəkətlər var. Faydalı və faydasız - məsləhət olumayan hərəkətləri ayırd etmək lazımdır. Ən düzgün variant idmana başlamamış həkimlə məsləhətləşməkdir. Amma  təəssüf ki, bir çox insanlar yalnız kəskin ağrılar zamanı həkimə müraciət edir. Eyni zamanda idman da bir müalicə növüdür və hər bir müalicə növü kimi, o da fərdi şəkildə planlaşdırılmalıdır".

Mütəxəssis, bel ağrılarını yüngülləşdirmək üçün aşağıdakı hərəkətləri tövsiyə edib: 

1.  Hər iki ayağınızı bükün və sinə tərəfə aparın. Bu vəziyyətdə 15 saniyə qalın. 3 dəfə təkrarlayın.
 
2. Hərəkəti hər ayaqla təklikdə edin. Bir ayağınızı bükün və sinə tərəfə aparın. 15 saniyə saxlayın. Hər tərəf üçün 3 dəfə təkrarlayın.
3.    Arxası ustə uzanın. Dizləriniz bükülmüş vəziyyətdədir. Çanağınızı qaldırın və endirin. 15 dəfə təkrarlayın.
4.    Dizinizi bükün. Bir ayağınızı o biri ayağınıza çarpaz kecirin. Altda qalan ayağı sinə tərəfə aparın. 15 saniyə saxlayın. Hər tərəf üçün 3 dəfə təkrarlayın.   
 
5.    Üzü üstə uzanın. Əlləriniz ciyninizin altında olur. Dirsəklərinizi yavaş-yavaş açırsız və bədənin yuxarı hissəsini qaldırırsınız. Çanaq və ayaqlar sərbəst yerdə qalır. 1-2 saniyə bu vəziyyətdə qalırsız və yenə üzü üstə uzanırsız.
 
 
Bu sadə və effektiv hərəkətlər bel ağrılarından əziyyət çəkənlər üçün faydalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3494
avatar

Oxşar yazılar