Fəxri adlara görə aylıq təqaüdün məbləği  artırıldı
12 iyun 2025 17:25 (UTC +04:00)

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırıldı

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb.

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə sosial müavinətlərin, Azərbaycan Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar