Gömrük Komitəsinin keçmiş şöbə rəisinə hökm oxundu
12 iyun 2025 15:25 (UTC +04:00)

Gömrük Komitəsinin keçmiş şöbə rəisinə hökm oxundu

Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin keçmiş rəisi Anar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Anar Aslanov 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, Anar Aslanovun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. Məlum olub ki, Anar Aslanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 800-dən artıq avtomobilin qanunsuz şəkildə rəsmiləşdirməsinə şərait yaradıb. 2023-cü ildə keçirilən əməliyyat zamanı Anar Aslanov saxlanılıb.

Qeyd edək ki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar

Beş uşaq evdə diri-diri  yandı

Beş uşaq evdə diri-diri yandı

13 iyun 2025 , 13:16
Dünən bank kartlarından 20 minə yaxın  pul oğurlanıb

Dünən bank kartlarından 20 minə yaxın pul oğurlanıb

13 iyun 2025 , 12:18
Ağdamda insan sümükləri  tapıldı

Ağdamda insan sümükləri tapıldı

13 iyun 2025 , 11:03
Bakıda kişi yola benzin tökdü, özü də yandı

Bakıda kişi yola benzin tökdü, özü də yandı

13 iyun 2025 , 10:49
Avropa onu Azərbaycana təhvil verdi

Avropa onu Azərbaycana təhvil verdi

13 iyun 2025 , 10:07
Xəstə uşaq şəkilləri  ilə pul yığırdı, saxlanıldı - VİDEO

Xəstə uşaq şəkilləri ilə pul yığırdı, saxlanıldı - VİDEO

13 iyun 2025 , 10:06
Bakıda maşın kişinin üstündən keçdi

Bakıda maşın kişinin üstündən keçdi

13 iyun 2025 , 09:50
Yardımlıda traktor aşdı,  sürücü öldü

Yardımlıda traktor aşdı, sürücü öldü

13 iyun 2025 , 09:25