Polis İranla sərhəddə əməliyyat keçirdi, saxlanılan var
12 iyun 2025 16:40 (UTC +04:00)

Polis İranla sərhəddə əməliyyat keçirdi, saxlanılan var

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara rayonunda əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə 46 yaşlı Mənsur Ağayev tutulub. Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar