Şəmkirdə iki nəfər bıçaqlandı
12 iyun 2025 18:02 (UTC +04:00)

Şəmkirdə iki nəfər bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, 18 yaşlı Heydər Həsənov və 41 yaşlı Cəfər Tağıyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, iyunun 12-də saat 15:40-da iki nəfər Şəmkir rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Qarının ön divarının sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, mədənin zədələnməsi diaqnozu ilə əməliyyat olunun 41 yaşlı şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Sol gicgah nahiyəsinin dəri və dərialtı toxumasının kəsilmiş yarası, dərialtı hematoma diaqnozu təyin edilən 2007-ci il təvəllüdlü şəxsin isə vəziyyəti stabildir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar