Vətən müharibəsi qəhrəmanlarına 2200 manat veriləcək.
Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərmanlarında və sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Azərbaycanın “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat veriləcək.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 manat veriləcək.