Azərbaycanda polisə qumbara atan  cinayətkar öldü
12 iyun 2025 15:30 (UTC +04:00)

Azərbaycanda polisə qumbara atan cinayətkar öldü

Azərbaycanda polisə qumbara atan cinayətkar həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakıdakı həbsxanalardan birində qeydə alınıb.

Orada saxlanılan məhkum, 56 yaşlı Kazımov Zakir Əhməd oğlu dünyasını dəyişib. 

Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Zakir Kazımov kimdir?

Qeyd edək ki, Zakir Kazımov 2017-ci ildə İsmayıllı bazarında partlayış törədib. 

Belə ki, Zakir Kazımovun bazar ərazisində insanlara qumbara ilə hədə-qorxu gəlməsi barədə polisə məlum daxil olub. Polis əraziyə gələrək onu zərərsizləşdirmək istəyib. Lakin bu zaman o, polisdən qaçıb çayxanaya daxil olaraq, əlindəki qumbaranı polisin və insanların üzərinə atıb. Partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

Z. Kazımov polis tərəfindən zərərsizləşdirilərək həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

2018-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Kazımov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2532

Oxşar yazılar