10 ən ucuz  idman avtomobili
12 iyun 2025 18:04 (UTC +04:00)

10 ən ucuz idman avtomobili

Avtomobil satışı ilə bağlı məlumatları təhlil edən “HotCars” portalının məlumatına görə, 2008-ci ilin “Dodge Caliber SRT-4” ən ucuz işlənmiş idman avtomobilləri siyahısına başçılıq edir.

Lent.az xəbər verir ki, “Dodge Caliber SRT-4”də 285 at gücü hasil edən 2,4 litrlik turbo mühərrik yerləşdirilib. Sürət qutusu altı pilləli mexanikidir. İkinci yeri 2004-cü ildə buraxılmış “Dodge Neon SRT-4” tutub. Bu avtomobil 230 at gücü hasil edən 2,4 litrlik mühərriklə təchiz edilib.

Üçüncü yerdə 2010-cu ilin “Mazda Mazdaspeed 3” modelidir. Bu hetçbekin elektrik bloku 263 at gücünə malik 2,3 litrlik turbo mühərrikdir. Avtomobil altı pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.

Sonrakı yerdə 2003-cü il “Ford Focus SVT”, 2014-cü il “Ford Focus ST”, 2014-cü il “Ford Fiesta ST”, 2015-ci il “Volkswagen Golf GTi”, 2016-cı il “Lincoln MKS Ecoboost”, 2018-ci il “Honda Civic Si” və 2010-cu il “Subaru Impreza WRXi” var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar