Heç kimin yaşamadığı qorxu dolu bu kabus şəhər ABŞ-ın Kaliforniya ştatında yerləşir. Kerro-Qordo adlanan şəhər nə az nə çox 1.4 milyona satılıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, 1865-ci ildə mədən yaxınlığında salınan şəhər bir müddət ştatda gümüş və qurğuşun hasilatında lider olub. Deyilənlərə görə bir zamanlar burada orta hesabla hər həftə bir nəfər qətlə yetirilmiş. Bir müddət sonra gümüş və neftin ucuzlaşması səbəbi ilə sakinlər şəhəri tərk etməyə başlayıblar. Daha sonra böyük yanğın baş verir və beləliklə Kerro-Qordo şəhəri tamamilə boşalır. Şəhərin yeni sahibi investisiya qrupu isə Kerro-Qordonu turist marşrutlarının tərkib hissəsinə çevirmək niyyətindədir.