Zaqatalada 58 yaşlı sahibkar  öz bağında döyüldü - TƏFƏRRÜATLAR
16 sentyabr 2025 17:12 (UTC +04:00)

Zaqatalada 58 yaşlı sahibkar öz bağında döyüldü - TƏFƏRRÜATLAR

2

Zaqatala sakininə bağında hücum edən şəxsin kimliyi məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı hadisəni törədən şəxsin rayonun Gözbarax kənd sakini, 27 yaşlı Elçin Bəxtiyar oğlu Quziyev olması müəyyən edilib. 

E. Quziyevin ruhi xəstə olduğu bildirilir.

Belə ki, E. Quziyev sentyabrın 15-dən 16-na keçən gecə avtobusla Bakıdan Zaqatalaya qayıdıb. O, rayona çatan zaman avtobusda mübahisə edib. Mübahisə.zəminində E.Quziyev avtobusun ön şüşəsini sındırıb. 

Daha sonra rayonun "Naib Bulaq" adlanan ərazisində avtobusdan düşüb. Düşdükdən sonra E. Quziyev ərazidə olan restorana gedərək işçilərlə dalaşıb və onlara da xəsarət yetirib. 

Daha sonra E. Quziyev yaxınlıqdakı fındıq bağlarına gedib. Orada da Bazar kənd sakini Tərlan Hacıməmməd oğlu Əliyevə müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Bütün bu faktlarla bağlı araşdırma aparılır.

***
15:43

Zaqatala sakini bağında hücuma məruz qalıb.

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bazar kəndində qeydə alınıb.

Kənd sakini, 58 yaşlı Tərlan Hacıməmməd oğlu Əliyev bağda naməlum şəxsin hücumuna məruz qalıb.

Hadisə zamanı T. Əliyevin bədənin müxtəlif nahiyələrinə xəsarət yetirilib.

T. Əliyev ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin şəxs saxlanılıb və hazırda ərazi üzrə polis orqanında araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 7052

Oxşar yazılar