Yüzlərlə azərbaycanlını xaricdə iş adı ilə aldadan şəxsdən  YENİ XƏBƏR
09 iyun 2021 11:35 (UTC +04:00)

Yüzlərlə azərbaycanlını xaricdə iş adı ilə aldadan şəxsdən YENİ XƏBƏR

Yüzlərlə azərbaycanlını xaricdə işə düzəltmək adı ilə aldadan Ruslan Tağıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumaat görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir qrup şəxsin yüzlərlə vətəndaşlarımızın qanunsuz miqrasiyasının təşkili məqsədilə özgə əmlakını dələduzluqla ələ keçirərək rəsmi sənədlərin saxtalaşdırılması faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla məlum olub ki, Ruslan Tağıyev 2019-2020-ci illər ərzində Bakı və Sumqayıt şəhərlərində şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə xarici ölkələrdə yerləşən zavod və şirkətlərə işçilərin yüksək məvaciblə işə götürülməsi, habelə Kanada və Almaniyaya yaşamaq, turist kimi və işləmək məqsədilə səfər etmək üçün vizaların, eləcə də ABŞ-da təhsil vizasının alınmasının təşkili ilə bağlı ona müraciət etmiş 34 nəfər şəxsə vəd verərək rəsmi sənədləri saxtalaşdırıb. Onlara məxsus cəmi 191 min manat məbləğində pulu ələ keçirib dələduzluq edib, habelə «Bizim Kəndimiz» Məhdud Məsuliyyətli Cəmiyyətdə informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işlədiyi müddətdə şirkət tərəfindən ona etibar edilmiş 14 min 800 manat dəyərində avadanlığı təkrarən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.

İş üzrə toplanmış sübutlar əsasında Ruslan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.2 (mənimsəmə və ya israf etmə), və 320.1-ci (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Mehman Nəbiyev

Oxşar yazılar