Yardımlıda yeznə qaynına atəş açıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yardımlı rayon Polis Şöbəsinə mayın 1-də Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub. Xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.