Tovuzun Dönük-Qırıqlı kəndində evdən qızıl-zinət əşyaları oğurlanıb.
Daxil İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, dərhal Tovuz rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, evdən ümumi dəyəri 25000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, rayonun Ağacqala kənd sakini Aslan Quliyev və zərərçəkən qadının yetkinlik yaşına çatmayan qohumu saxlanılıb.
Araşdırma zamanı məlub olub ki, saxlanılan şəxslər əvvəlcədən planlaşdıraraq oğurluq cinayətini törətmiş, daha sonra oğurladıqları qızıl-zinət əşyalarını Tovuz, Gədəbəy, Şəmkir, Gəncə və Bakı şəhərlərində müəyyən məbləğə sataraq aralarında bölüşdürüb.
Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.