18:16 26 fevral 2021

Yeni doğulan uşağını amansızcasına öldürən anaya hökm oxundu

Türkiyənin İstanbul şəhərində körpəsini öldürən 21 yaşlı Özge adlı qadına hökm oxunub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, İstanbul Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə yeni doğulan körpəsini öldürən Anaya 25 il həbs cəzası verilib.

Qeyd edək ki, oğlan dostundan hamilə qalan qadın bunu ailəsindən gizlətmək üçün dərman ataraq, gizlincə evdə doğum edib. Sonra doğulan körpəni paltar şkafına qoyub. Beləcə soyuğun təsirindən müxtəlif çatışmazlıqlar yaranıb və o ölüb.

# 1260
avatar

Mehman Nəbiyev

Oxşar yazılar