Yemək şousunun aparıcısı təhlükəli mafioz imiş -  VİDEO
31 mart 2021 19:12 (UTC +04:00)

Yemək şousunun aparıcısı təhlükəli mafioz imiş - VİDEO

İtaliyanın hüquq-mühafizə orqanları Dominikan Respublikasında “Ndranqeta” mafiyasının üzvü olduğu ehtimal edilən Mark Feren Klod Byaranı tutub. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 53 yaşlı kişi Boka-Rika şəhərində sakit yaşayıb və YouTube kanalında yemək şousu aparıb. 

Bjara diqqətlə üzünü videoda gizlədib, lakin bu tamamilə "maskalanmağa" kömək etməyib: onu bədənindəki döymələr ələ verib. Aparıcı ötən həftə həbs olunub və İtaliyaya ekstradasiya edilib. 

2014-cü ildə İtaliya prokurorluğu, Byardanı “Ndranqheta” mafiya klanlarından birinin adına Hollandiyada kokain alveri ittihamı ilə həbs etməyə hazırlaşıb. O, həmin vaxtdan bəri gizlənməyi bacarırdı.

“Ndranqeta” dünyanın ən nüfuzlu mütəşəkkil cinayətkar qruplarından biri hesab olunur. Avropaya daxil olan kokainin çox hissəsinə nəzarət edir. 
Klanın ehtimal olunan bossu 66 yaşlı “Dayı” kimi tanınan Luici Mankuzodur. 

Qruplaşmanın digər üzvləri “Canavar”, “Şişman” və “Blondi”dir. Onların hamısı məhkəmə qarşısına çıxarılacaq. 


 

Yemək şousunun aparıcısı mafioz imiş

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Oxşar yazılar