Yarım milyonluq MƏNİMSƏMƏ: vəzifəli şəxslər HAKİM QARŞISINDA
04 mart 2021 09:24 (UTC +04:00)

Yarım milyonluq MƏNİMSƏMƏ: vəzifəli şəxslər HAKİM QARŞISINDA

"AĞ Bank" ASC-nin külli miqdarda mənimsəmədə təqsirli bilinən vəzifəli şəxslərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.

Xatırladaq ki, ötən ilin noyabr ayında Namiq Həmidov Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. O, Ruslan Quliyev və Pərviz Fərzəliyev barəsində Bşa Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı onların "AĞ Bank" ASC-nin 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “AĞ Bank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər ümumilikdə 536 min 428 manat mənimsəmədə təqsirli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4584
avatar

Mehman Nəbiyev

Oxşar yazılar