Xızıda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Samir Qayıbov, İmran Bağırov, Müslüm Əhmədov, Rəşad Quliyev, Orxan Ələkbərov və Əsgərəli Rzayev saxlayıblar. Onların üzərlərinə və yaşadıqları evə baxış zaman xeyli miqdarda “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin, heroin və marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb.