Xadimənin pulunu mənimsəyən məktəb direktoruna CİNAYƏT İŞİ AÇILDI
04 mart 2021 12:00 (UTC +04:00)

Xadimənin pulunu mənimsəyən məktəb direktoruna CİNAYƏT İŞİ AÇILDI

Qazaxda sabiq məktəb direktorunun qanunsuz əməlləri ifşa olunub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, vətəndaş Fərqan Əliyevin, Qazax Uşaq Gənclər Şahmat-İdman məktəbinin sabiq direktoru Nağdalıyev Şücayət Hətəmalı oğlu tərəfindən 2012-2017-ci illər ərzində anası Həcər Əliyevanın əmək haqqı kartının götürülərək saxlanılması, həmin müddətdə anasının əmək haqqını ala bilməməsi ilə bağlı müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, qeyd edilən məktəbin sabiq direktoru Şücayət Nağdalıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Həcər Əliyevanı 2012-cil avqustun 13-də xadimə kimi işə qəbul edərək 2017-ci il avqustun 18-dək Həcər Əliyevanın işə gəlmədiyi halda adına olan əmək haqqı kartını götürüb saxlamasına, həmin karta əmək haqqı köçürülməsinə nail olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Mehman Nəbiyev

Oxşar yazılar