Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 57 yaşlı Hacıyev Rasim Kərim oğlunu qətlə yetirməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Əliyev Faiq Rafiq oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***
19.17
Bu gün Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsində evdə üzərində xəsarətlər olan kişi meyiti tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, aparılan araşdırmalarla meyitin 57 yaşlı Rasim Hacıyevə məxsus olması müəyyənləşdirilib.
Hazırda ona xəsarətlər yetirib öldürən şəxs, yaxud şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilir.
***
15:39
Noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki ötən gün də Xaçmazda keçmiş məhkumu qətlə yetirilməsi barədə xəbər vermişdik.