GÜNÜN 4-CÜ QƏTLİ:  keçmiş məhkumu öldürdülər - YENİLƏNİB
02 noyabr 2023 17:32 (UTC +04:00)

GÜNÜN 4-CÜ QƏTLİ: keçmiş məhkumu öldürdülər - YENİLƏNİB

Qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Xaçmaz rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 2-də 36 yaşlı Samir Alxasovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 54 yaşlı Oruc Nəsrullayevin noyabrın 1-də saat 17 radələrində  Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Oruc Nəsrullayev prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Xaçmazda qətl törədən saxlanılıb.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətinin Quba regional qrupundan bildirilib. Məlumata əsasən, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nətisində əməli törətməkdə şübhəli bilinən 54 yaşlı əvvəllər məhkum olunmuş Oruc Nəsrullayev saxlanılıb.

***
Saat: 15:12

Noyabrın 2-i saat 11 radələrində Xaçmaz rayonunda 36 yaşlı, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu, günün 4-cü qətl hadisəsidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7824
avatar

Oxşar yazılar